"Şəbnəmdən zəhləm gedir" – VİDEO

Hazırda oxunan: "Şəbnəmdən zəhləm gedir" – VİDEO

578606

Müğənni Mətanət Əsədova həmkarı Şəbnəm Tovuzlunun ünvanına sərt sözlər deyib. 

Bizim.Media xəbər verir ki, sənətçi "Rəngarəng" proqramında Şəbnəmdən zəhləsi getdiyini deyib.

O, aralarında yaşanan qalmaqalı açıqlamasa da, bunları əlavə edib:
 

"Ondan zəhləm gedir. Çıxsın nə deyir desin. Əgər bir insan səndən böyükdürsə, 100 il də mahnı oxuya, tamaşaçı toplaya bilərsən, baxış sayın da çox ola bilər. Amma başından böyük danışarsansa, mən bilirəm necə edərlər. Mətanət Əsədova sadəlik, insanlıq edirsə, məclisdə toy sahibinin xatirinə susursa, səsini kəs otur yerinə. Əsəbləşməyim, kiminsə ürəyin qırmayım deyə, sakit gedə bilərəm. 


Mən həkim deyiləm, cərraham, birdəfəlik kəsirəm. Bunları ümumiyyətlə deyirəm, xoşum gəlməyən adam haqqında deyirəm. Onun adını çəkmirəm. Mənim itirəcək heç nəyim yoxdur: nə evimdə uşaq gözləmir, həyat yoldaşım demir ona nəsə olsa neyləyəcəyəm. Mən tək yaşayıram, kef edirəm, qayda ilə də danışıram". (Axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin