Nilüferdən AÇIQLAMA: “Bakıya 3-cü dəfədir gəlirəm, amma ilk dəfə bunu edəcəyəm…” - EKSKLÜZİV/VİDEO

Hazırda oxunan: Nilüferdən AÇIQLAMA: “Bakıya 3-cü dəfədir gəlirəm, amma ilk dəfə bunu edəcəyəm…” - EKSKLÜZİV/VİDEO

578554

Türkiyənin məşhur müğənnisi Nilüfer Bakıya gəlib.

Bizim.Media-nın məlumatına görə, o, bu gün Bakı Konqres Mərkəzində konsert verib.

Sənətçi konsertdən öncə jurnalistlərlə həmsöhbət olub.

Nilüfer deyib ki, Bakıya üçüncü gəlişidir:
 

“Əvvəla salam, sevgili azərbaycanlı dostlarım. Azərbaycana üçüncü dəfədir gəlirəm, lakin ilk dəfədir burada biletli konsert verəcəm. Ona görə də çox xoşbəxtəm. Mənə maraqlıdır, görəsən, bütün mahnılarımı bilirlərmi, mənimlə birgə oxuyacaqlarmı… Maraqlıdır. Əlbəttə Azərbaycan haqda bilirəm, sosial media dövrüdür, İnstagramdan da mənə yazırlar. Bilirəm ki, izləyicilərim var. Dost Azərbaycanı həmişə özümüzə yaxın hiss edirik”.


Eksklüziv görüntüləri təqdim edirik:


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin