Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 28-də Rauf Canbaxış oğlu Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətləri ilə klinikaya daxil olub.
"Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib", - deyə məlumatda qeyd olunub.
Bizim.Media
































































































