Məşhur amerikalı aktrisa Culiya Roberts əsl adını açıqlayıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 28-də 58 yaşını qeyd edən aktrisanın pərəstişkarlarının çoxu onun başqa bir adı olduğunu indi öyrənirlər.
Onun əsl adının Fiona olduğu məlum olub. Şotlandiya və İrlandiya mənşəli adın mənası "ağ" və ya "işıqlı" deməkdir.
Aktrisa ingilis, irland, şotland, uels, alman və isveç kökənlidir və ikinci adı onun əslən haralı olduğunu əks etdirir.
Culiya bir dəfə 2011-ci ildə “Ant-Man” filminin ulduzu Paul Rudda “Fəxri irlandiyalı” mükafatını təqdim etdiyi tədbirdə ikinci adı ilə bağlı zarafat etmişdi.
Belə ki, aktrisa "Bəlkə irlandiyalı olacam. Mənim ikinci adım Fionadır, bu İrlandiyaya Paul Rudddan bir addım daha yaxındır" deyə zarafat edib.
Qeyd edək ki, Robertsin olduqca maraqlı bir ailə tarixçəsi var. Şayiələrə görə, onun əcdadları İngiltərə, Şotlandiya, İrlandiya, Uels, Almaniya və İsveçdən olub. 2023-cü ildə "Finding Your Roots" verilişində o, əhəmiyyətli bir ailə sirrini açıqlayıb.
C.Roberts bildirib ki, onun ulu nənəsi Henri Makdonald Mitçell adlı bir kişidən nikahdankənar uşaq dünyaya gətirib. Buna görə də aktrisanın əsl soyadı Roberts deyil, Mitçelldir.
“Mən yenə də Roberts soyadına üstünlük verirəm" – deyə Culiya müsahibəsində bildirib.
Bizim.Media






























































































