Mənzurə övladının olmamasından danışıb AĞLADI - VİDEO

Hazırda oxunan: Mənzurə övladının olmamasından danışıb AĞLADI - VİDEO

577733

Müğənni Mənzurə Musayeva efirdə ağlayıb.

Bizim.Media xəbər verir ki, “Gün ortası” verilişində qonaq olan sənətçi övladının olmamasından danışıb.

Mənzurə deyib ki, qardaşı qızını övladlığa götürüb:
 

“Qardaşımın qızına baxmışam da, toy da etmişəm. Onları çox istəyirəm. Hərdən mənə bu barədə sual verirlər. Sadəcə övlad dadını bilmək istəyərdim. Bu həyatda bilmək istəyərdim ki, bala dadı necə olur? Anam deyib ki, mənə ağlama… Saxladığım qız yad deyil, uşaq evindən götürməmişəm, yad deyil. 


Fərqi yoxdur, qardaşımın balası, ya mənim balam… Hərdən anam deyir ki, sən ona o sevgini göstərə bilmirsən. Deyirəm, mal, pul, paltar və sairə. Bunları edirəm, sevgi başqa cür necə ola bilər? Onu bilmirəm. Ömür boyu bu məsələ məni yandırıb. Heç ərə getmək marağında deyiləm. Vaxtında ağlım olmayıb, ana ola bilərdim, etməmişəm. Sadəcə buna heyfsilənirəm”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin