Şairə Cığatel İsaqızı və qızı Leyla Camal aparıcı Zaur Kamalın verilişindən şikayətlənib.
Bizim.Media xəbər verir ki, buna səbəb Zaurun oğlu Bartunun “Həmin Zaur”da şairəyə ünvanlandığı suallar olub.
Bu barədə “Öz aramızda” verilişində danışan Leyla anasının verilişdən sonra ağladığını deyib:
“Anam səhər saat 5-ə kimi ağlayıb. Süleyman dünyadan köçəndə ağladığı kimi ağlayıb. Cığatelə yaraşmayan suallar verdilər. Çox pis təsir elədi. Fikirləşdik ki, sifarişli suallardır. Çünki anamı keçmişdə yaşadığı əziyyətli günlərlə vurdular. Hələ birini deyim. 60 yaşlı anama sual verirlər ki, bir də ərə gedərsiz? Bu Cığatelə veriləcək sualdır?”.
Qeyd edək ki, Bartu sözügedən verilişdə şairəyə “Gənc yaşda həyat yoldaşını itirən Cığatel xanım ikinci dəfə ailə qurmaq barədə düşünüb” sualını ünvanlayıb. Cığatel isə “Mən həyat yoldaşımı 6 il əvvəl itirmişəm. 55 yaşım var idi. Nə ailə qurmaq, elə şey olar? Nə pis söz dedin. Mən nənəyəm, nəvələrim var” cavabını verib. Bundan əlavə şairəyə qəzada həlak olan nəvəsi Süleymanla bağlı sual verilib:
“Nəvə itkisi yaşadınız. Heç yuxularınıza gəlib sizdən nəsə istəyir?” Cığatel “Yalvarıram ki, yuxularıma gəl. Bircə dəfə girdi, dedi ki, yerim rahatdır”, - deyə bildirib.
Sara, Bizim.Media



































































































