Meyxanaçı Ağamirzə Məmməd canlı yayımda vəsiyyətindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng”də açıqlama verib.
Ağamirzə deyib ki, ölümündən sonra yas saxlanılmasını istəmir:
“Mən öləndən sonra heç kim yas saxlamasın. Heç kim qəbrimə gəlib saatlarla yolda tıxac yaratmasın.
Mən öləndən sonra açsın əlini göyə aləmlərin rəbbinə dua etsin ki, “onun günahlarını bağışla, iki rükət də namaz qılsın””.
Sara, Bizim.Media





























































































