Əməkdar artistə 30 minlik nömrə bağışlayıblar – VİDEO

Hazırda oxunan: Əməkdar artistə 30 minlik nömrə bağışlayıblar – VİDEO

577493

Əməkdar artist Coşqun Rəhimovun telefon nömrəsinin qiyməti gündəm olub. 

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı İdris Cəfərli “Efirdən kənar” verilişində danışıb. 

O, C. Rəhimova “Sizin telefon nömrəniz xüsusi rəqəmlərdən ibarətdir, Azərbaycanda satılmır.
 

Satılsa da, fantastik qiymətə olar. Ola bilər ki, bu sizin üçün hədiyyə olunub, ya da istəyib almısınız. Lakin Azərbaycan reallığında 25-30 min qiyməti var. Maşın nömrəniz də xüsusidir”, - deyə bildirib.


Aktyor isə bu faktı danmayıb. O qeyd edib ki, sözügedən nömrə ona hədiyyə olunub: 

“Bunlar hamısı hədiyyədir, təsadüfdür. Heç vaxt ona köklənməmişəm. Hobbi bir müddət sonra, xəstəliyə çevrilir. Olmayanda, insan aqressivləşir. Hansısa bir yaş dövrünə qədər hobbilərim olub. Fərqinə varmamışam”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin