Türkiyənin maraqla izlənilən “Uzak Şehir” serialının ötən bölümlərindən birində “Sadakat Albora”nın “Alyanı” evdən qovarkən onun geyimlərini yerə atdığı səhnə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, izləyicilər həmin səhnədə yerə atılan geyimlərin Fələstin bayrağının rənglərini daşıdığını iddia ediblər.
Yazıçı Ebrar Akbulut da həmin səhnəni paylaşaraq etirazını bildirib:
“Artıq hər şey simvolikdir və reklam məntiqi ilə edilir. “Uzak Şehir”də atılan köynəklərin Fələstin bayrağının rənglərində olması qəsdən edilib. Buna təsadüf demək olmaz. Eyni serialda boykot reklamları da açıq şəkildə göstərilir”.
Bəzi sosial media istifadəçiləri də geyimlərin bayrağın rənglərində seçilməsinin qəsdən edildiyini bildirərək serialı baykot ediblər.
Qeyd edilib ki, serialda Fadıl obrazını canlandıran Mehmet Yaşa “Uzak Şehir”dən bu səbəbdən ayrılıb.
Bizim.Media





























































































