Meyxanaçı Ağamirzə Məmmədov açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.
Ağamirzə deyib ki, xanımından əvvəl ölmək istəyir:
“Birinci mən ölmək istəyirəm. O qədər əziyyət vermişik, zəhmətimizi çəkib, hörmətimizi saxlayıb. Mən ölüm, xanımım yaşasın.
Ölüm mənim üçün xoşbəxtlikdir. Xoşbəxt olmaq istəyirsənsə, birinci addım ölümdür. Milyonun da olsa, xoşbəxt ola bilməyəcəksən. 4 cangüdən tutacaqsan, gecələr yata bilməyəcəksən, kiminsə haqqına girəcəksən. Ölüm yoxdur, dünyanı dəyişmək var”.
Sara, Bizim.Media


































































































