Çörəyi toylardan çıxanlar – QİYMƏTİ artıracaqmı? - SORĞU

Hazırda oxunan: Çörəyi toylardan çıxanlar – QİYMƏTİ artıracaqmı? - SORĞU

54418

Un və çörəyin qiymət artımı xəbəri son günlərdə ölkə gündəmini zəbt edib. Sosial şəbəkələrdə müzakirə aparan insanların bir çoxu bu qərarı pisləsə də, bir çoxu çörək yeməyin zərərli olduğunu əsas götürərək, qiymət artımını haqlı hesab ediblər. Lakin tanınmış şəxslər, müğənnilər mövzu haqqında susmağa üstünlük veriblər. 

Elə buna görə də mövzu ilə bağlı tanınmışlara sualımızı ünvanladıq. Görəsən onlar qiymət artımı ilə razılaşırlar? Bəs bu artım onların toy qiymətlərinə təsir edə bilərmi? 

Müğənni Afət Fərmanqızı Bizim.Media-ya açıqlamasında qiymət artımından elə də narazı olmadığını bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Hansı müğənnilərin VERGİ BORCU var? – “Fazil Məmmədovun mənə 502 manat borcu qalıb” - SORĞU


"Mən rejimli qidalandığım üçün çalışıram ki, un məmulatlarından uzaq olum. Ona görə biz çörəyi elə də çox almırıq. Amma qiymət də həmişə eyni qalası deyil. Qiymət artımı haqqında fikrim neytraldır. Toy qiyməti də həmişəki kimi eynidir, qiyməti artırmamışam. Allah hamının ruzisini versin".

Müğənni Təranə Qumral isə mağazadan alış-veriş edərkən qiymətə fikir vermədiklərini deyib: 

"Doğrusu biz böyük bazarlıqlar edirik, onda qiymətlərə elə də fikir vermirik. Nələr lazımdırsa onları da alırıq. Amma qiymətlərdə elə də fərq hiss etməmişəm. Dövlət özü hər şey yaxşı bilir, qiyməti artırıbsa demək belə lazım imiş. Toy qiymətimiz hər zaman toya dəvət edənlərin büdcəsinə uyğun olub. Musa ilə hər zaman toy edilən məkana, şəxslərə uyğun qiymət qoymuşuq. Bizi sevib toyuna dəvət edənlərin qəlbini qırmaq istəmərik. Ona görə də qiymətlə bağlı dəqiq bir məbləğ deyə bilmirəm, artım da yoxdur".

Müğənni Mətanət Əsədova zəngimizə sərt reaksiya verərək açıqlama verməkdən yayınıb: 

"Mən jurnalistlərin suallarını telefonla cavablamıram. Nəsə lazım olarsa şəxsi instagram hesabımda özüm danışıb məni izləyənləri, sevənləri məlumatlandırıram". 

Yenicə övladına toy edən müğənni Nadir Qafarzadə isə qiymət artımından deyil, toyun azlığından gileylənib:

"Unun və çörəyin qiymət artımı təbii ki, insanları narahat edə bilər. Çünki xəmir xörəklərini, çörəyi çox sevirik. Amma bizim evdə dietik yeməklərə üstünlük verildiyi üçün undan, un məmulatlarından çox az istifadə edirik. Qərar hamımız üçün qərardır. Qaldı ki, toy qiymətlərinə, düzü hazırda toylarımız çox azdır.

Qazancımız əvvəlki kimi deyil, çox azalıb. Ümumiyyətlə toylara bağlı olan bütün sahələrdə işləyən şəxslər maddiyatdan çətinlik çəkirlər. Qiyməti qaldırmaq fikrim hələ ki, yoxdur. Amma qiymət də müştərilərə görə dəyişir. Məbləği tam açıqlaya bilmərəm".

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin