Yanvarın 4-də Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin vəfatından bir il ötür.
Bizim.Media xəbər verir ki, onun xatirəsinə Xalq artisti Röya Ayxan sosial şəbəkədə paylaşım edib.
Sənətçi instaqram hesabında Nailə Mirməmmədlinin görüntülərini paylaşaraq onsuz həyatında çox böyük boşluğun olduğunu qeyd edib.
“Mənim həyatımda böyük rolu olan ailəm, Nailə xanım... Bilirəm, yenə də yanımdasan. Axı sən sağ ikən Hikmət müəllimin ruhunun bizi izlədiyini deyirdin. İnandırmışdın. İndi ikinizin bir arada olduğuna inanıram. Ölümündən sabah bir il ötür. Dediyin kimi, kəpənəklər qovuşdu.
Arzuların reallaşır. Sənin ad günündə, 23 mayda Heydər Əliyev Sarayında böyük orkestr ilə yaradıcılıq gecəni keçirəcəyik. Əlbəttə, o gün Hikmət müəllimin mahnıları da orada oxunacaq. Sizi ayırmaq olarmı? Həyat sizsiz davam edir... Sizin yoxluğunuz, həyatımda yaranan boşluq çox hiss olunur. Ruhunuz şad olsun. Səni sevirəm, gözəl qadın”.
Bizim.Media