Kamil Zeynallıya 30 sutka həbs cəzası verildi - YENİLƏNİB

Hazırda oxunan: Kamil Zeynallıya 30 sutka həbs cəzası verildi - YENİLƏNİB

5217

Daxili İşlər Nazirliyi Kamil Zeynallı ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, məlumata görə, Kamil Zeynallı dünən axşam saatlarında Kəlbəcər rayonuna getmək istəyib.

Polis əməkdaşları ona hazırda Kəlbəcər rayonuna mülki şəxslərin buraxılmasının qadağan olduğunu, yalnız xüsusi icazəyə malik aidiyyatı dövlət qurumlarının əməkdaşlarının gedə biləcəyini izah edib.

Lakin o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

K.Zeynallı  saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Göygöl rayon məhkəməsinə göndərilib.

Qeyd edilib ki, məhkəmənin qərarı ilə vətəndaş Kamil Zeynnalı barəsində 30 sutka müddətində inzibati həbs seçilib.

***

Tanınmış fitness məşqçisi Kamil Zeynallı saxlanılıb.

Bizim.Media-nın verdiyi məlumata görə, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib.

Ərazidə xidmət aparan polislər əməkdaşları buna icazə verməyiblər. Lakin  K.Zeynallnın polisin tələbinə tabe olmadığı söylənilir.

O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib və  barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin