Dünən Ağ partiyanın sədri Tural Abbaslının toyundan eksklüziv kadrlar əldə etmişik.
Bizim.Media-ya təqdim olunan videoda patriya başqanının xanımı Nərmin İsrafil məcisin sonunda ənənəvi gülatma adətini həyata keçirib.
Əvvəl xanım əlindəki gül çələngini qonaqlara atmaq istəsə də, Ağ partiya başqanının I müavini Əhəd Məmmədlinin kənarda dayandığını görüb fikrini dəyişib.
Nərmin İsrafil şəxsən özü Ə.Məmmədliyə yaxınlaşaraq gül çələngini ona təqdim edib.
Qeyd edək ki, Əhəd Məmmədlinin 39 yaşı var və o, hələ də subaydır.
Videogörüntünü təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media