Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ilk evliliyindən olan qızı Rasimə "Elgizlə izlə" proqramına gəlib.
Bizim.Media xəbər verir ki, Rasimə atası ilə anasının ayrılma tarixindən danışaraq, gitara ifaçısının ikinci həyat yoldaşı Gülünü yalan danışmaqda ittiham edib:
"Ağdamda atamla anamın 3 gün toyu olub. Bunu bütün Qarabağ bilir. Rəsmi nikahları 1984-cü ildə pozulub. Gülşən xanım (Gülü) deyir ki, Rəmişlə 1979-cu ildə evlənib. Atamı çox istəmişik hər zaman".
Bizim.Media