Müğənni Elnarə Xəlilova Fövqəladə Hallar Nazirliyində tibb bacısı kimi çalışdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu “Səhər Mərkəzi” proqramında məlumat verib.
“Hərbiyə gəlməyim birdən oldu. Özüm də bilmədim necə baş verdi. Gördüm ki, hərbçiyəm. Həyatda heç nə təsadüflə olmur. Hamı deyir ki, birdən-birə necə Baş leytenant rütbəsi aldın? Sosial şəbəkələrdə müzakirə edirlər, özümə də deyirlər. Mən də izah edirəm ki, bu rütbələri elə-belə adama vermirlər. Mən iki universitet bitirmişəm. Azərbaycan Dillər Universitetini bitirmişəm. Fövqəladə Hallar Nazirliyində tibb bacısıyam. 2004-cü ildən bu günə qədər təmənnasız hərbi xidmətdə olmuşam. Hara çağırıblarsa, getmişəm”, - deyə Elnarə bildirib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:59 / 19.11.2021
Elnarə Baş leytenant rütbəsini necə alıb? – Özü açıqladı
Hazırda oxunan: Elnarə Baş leytenant rütbəsini necə alıb? – Özü açıqladı
Hazırda oxunan: Elnarə Baş leytenant rütbəsini necə alıb? – Özü açıqladı
46793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.