Ölkə üzrə ərzaq və digər məhsulların qiymət artımı təkcə sıravi vətəndaşlara deyil həmçinin müğənnilərə də təsir edib. Belə ki, Əlikram Bayramov və digər məşhur sənətçilər qiymət artımından narazı olduğunu, bazarlıq edərkən çətinlik çəkdiklərini söyləyiblər.
Müğənni Nadir Qafarzadə isə həmkarlarının dediklər ilə tam da razı deyil.
“Mən bahaçılıq barədə nəsə deyə bilmərəm. Çünki əti əvvəl də qəssabdan 11 manata alırdım, indi də və bundan çox razıyam. Biz ailəlikcə dieta saxladığımız üçün çox da kalorili şeylər almırıq. Menyudan yağı, çörəyi, unu çıxarmışıq yemirik. Əti də əvvəlki qədər yemirik”.
MÖVZU İLƏ BAĞLI:
Nadir Qafarzadənin oğlunun nişanından görüntülər - VİDEO
Müğənni həmçinin Bizim.Media-ya açıqlamasında həmkarlarının qiymət artımı ilə bağlı şikayətlərini əhəmiyyətsiz hesab etdiyini də bildirdi:
“Guya ki, bu haqda danışmaqları ilə nəsə dəyişəcək? Dəyişməyəcək. Mən düşünürəm ki, vəziyyət belə də davam edəcək. Nə edək? Bu vəziyyətə nə normal deyə bilərik, nə də anormal. Mən birtərəf qalıram”.
Səkinə Yusibli, Bizim.Media