Murad Arif bacısı Könül Arifqızına səsləndi: “Efirlərə qayıt” - FOTO

Hazırda oxunan: Murad Arif bacısı Könül Arifqızına səsləndi: “Efirlərə qayıt” - FOTO

45837

“Bu gün mənim doğmaca bacım Könülün ad günüdür. Bu həyatda onun sifarişiylə doğulmağımdan ziyadə, "bacılarımın tərbiyəsi və senzurasıyla adam olmuşam" deyə bilərəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri müğənni-bəstəkar Murad Arif özünün Facebook səhifəsində bacısı, aparıcı Könül Arifqızına səslənərək yazıb.

Onun sözlərinə görə, Könül çox qiymətli şəxsiyyətdir:
 

“Bunu demək azdır. O şəxsiyyətin xarakteri, gücü, dəyərlərini tanımaq lazım. Onun bir tək "Bir Mahnının Tarixçəsi" verilişi bu ölkədə onlarla layihənin, aparıcıların məlumat qaynağı oldu. Aldığın "Tərəqqi medalın" da sənə o qədər halaldır ki!”.


Murad Arifin bacısına “efirlərə qayıt” deyə xitab edir: “Başın bir az administrativ işlərə qarışsa da, Könül, efirlərə qayıt. Xalqın sənə ehtiyacı var.. Amma, ən əsası üzün gülsün, xoşbəxt ol, çox və sağlam yaşa, bacı”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin