Ayan Babakişiyeva həmkarını yox, Canananı müdafiə etdi - DETALLAR

Hazırda oxunan: Ayan Babakişiyeva həmkarını yox, Canananı müdafiə etdi - DETALLAR

43829

Müğənni Ayan Babakişiyeva Əməkdar artist Mətanət İsgəndərlininin nəvələrinin analarına deyil, atalarına verilməsi məsələsinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkədə şərh yazaraq həmkarının gəlini Cananaya dəstək olub:

"Anlamadım. Neçə müddətdir ancaq bu xəbəri oxuyuram. Qərar mənə də hər kəs kimi maraqlı idi. Ana uşaqlarını saxlamaq üçün imkanı və işi yoxdur. Amma üç uşağın alimentini verib, onu evlə təmin etmək əvəzinə övladları əlindən alındı. Nəyə əsasən bu qərar verilib? O anaya görə pis oluram. Videolarda uşaqlar anaları üçün necə ağlayırlar. Ananı baladan necə ayırmaq olar?"

Qeyd edək ki, ötən gün Əməkdar artistin oğlu Kərim Həmidov və gəlini Canananın qəyyumluq məhkəməsi keçirilib. Hakim uşaqların atalarının yanında qalmaqlarını uyğun görüb (olay).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin