Müğənni Nadir Qafarzadə “Instagram” hesabında növbəti qalmaqallı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi konsertlərdən birində mahnı ifa edərkən çəkilən görüntülərini paylaşaraq,“Mədəniyyət TV”nin onun ifa etdiyi hissəni kəsib çıxardığını iddia edib.
"Heydər Əliyev adına sarayda qazi və şəhid ailələri üçün təşkil olunmuş konsertdən bir hissədir. Mədəniyyət kanalının rəhbərliyi oxuduğum mahnını kəsib, montaj edib. Beləliklə, efirdə mən görünmürəm", - deyə Nadir paylaşımında qeyd edib.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media