Son zamanlar Azərbaycan haqqında yayılan dezinformasiyalar məşhurlardan da yan keçməyib.
Bizim.Media xəbər verir ki, bu dəfə fake xəbərlərinin qurbanı Xalq artisti Faiq Ağayev olub. O, bu barədə Facebook sosial şəbəkəsindən pərəstişkarlarına xəbərdarlıq edib. İfaçı qeyd edib ki, hansısa şəxslər onun Vikipediya səhifəsinə müdaxilə edərək orada ölüm tarixinin qeyd ediblər.
"Allah mənə rəhmət eləsin!
Son günlər ya erməni, ya fars, ya da ki, onların yerli nökərləri Azərbaycanın görkəmli artistlərinin azərbaycan dilindəki Wikipedia məqalələrinə yalan ölüm məlumatları əlavə edir.
Bu dezinformasiyalara uymayın, dostlar.
Artıq lazımi düzəlişlər etdik".
Xalq artisti bu cür halların qarşısını almaq üçün aidiyyəti dövlət orqanlarına da müraciət edib.
"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ölkədə ictimai təhlükəsizliyi pozmaq cəhdini göstərən bu şəxs (şəxslər) ilə bağlı araşdırma aparmağınızı sizdən rica edirəm".
Xatırladaq ki, son zamanlar vətən müharibəsinin ildönümü ərəfəsində rusdilli sosial şəbəkələrdə müxtəlif saytlar və telegram kanalları vasitəsilə Azərbaycan əleyhinə təxribat və dezinformasiya xarakterli məlumatlara yer verilir.
Bizim.Media