İbrahim Tatlısəs həbs cəzası aldı - Bu hərəkətinə görə

Hazırda oxunan: İbrahim Tatlısəs həbs cəzası aldı - Bu hərəkətinə görə

38334

Müğənni İbrahim Tatlısəsin "Tatlıses TV"nin baş meneceri olaraq çalışan Fulya Akbay Toprakı hədələdiyi və təhqir etdiyi məhkəməyə verilib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə Fulyanın vəkili Şeyda Yıldırım ifaçının müvəkkilinə təhqiramiz mesajlar göndərdiyini də bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İbrahim Tatlısəs 12 ildən sonra konsert verəcək


Tatlısəs ittihamlarla razılaşmayıb. O, şirkətin işlərini Fulya və digər işçilərə həvalə etdiyini, qanun pozuntuları olduğunu öyrəndikdə işlərinə son verdiyini bildirib.

O, sözügedən mesajlar özünə aid olmadığını deyib. 

Məhkəmə İbrahim Tatlısəsə təhqir etdiyi üçün 740 lirə cərimə və təhdid ittihamı ilə əlaqədar 2 ay 15 gün həbs cəzası verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin