Almaniyalı idmançı Alisa Şmidt Milan Moda Həftəsində çıxış edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "sport-express.ru" saytı yayıb.
Dünyanın ən seksual qadın idmançısı seçilən 22 yaşlı Şmidt İnstagram izləyicilərinə "Hugo Boss"un modeli qismində olacağını deyib.
O, Almaniya milli komandasının tərkibində 2020 Tokio Olimpiadasının iştirakçısı olub, ancaq qarışıq və qadın estafetində starta çıxmayıb.
Milan Moda Həftəsi 21-27 sentyabr tarixlərində keçiriləcək.
Bizim.Media