Meqastar Tarkan sosial medya hesabından üzücü paylaşım edib. Məşhur ulduz koronavirus epidemiyası nəzarət altına alınana kimi konsert verməyəcəyini açıqlayıb.
“Heç səhnədən, sizdən bu qədər ayrı qalmamışdım... Deyəsən ona görə də hərşey bu qədər yarımçıqdır. Sevginiz, diqqətiniz, alqışınız. Ruhumun dərmanı olan, o güzəl enrjiniz olmadan özüm deyiləm”.
O, əlavə edib ki, bilirəm pandemiya dövründə konsertlər müəyyən çərçivələrdə keçirilir. Amma mən riskli hesab edirəm:
“Bilirəm, biz bir araya gələndə özümüzdən çıxırıq. Heçkim bizi tuta bilməz, qayda-qanun tanımayacağıq. Bütün zəncirləri qıracağıq. Elə buna görə də kimsəyi təhlükəyə atmaq istəmirəm”.
Qeyd edək ki, Tarkan hər il ənənəvi olaraq Sentyabrda konsert prorqmalrı ilə sevənləri ilə görüşür.
Bizim.Media