Özbaşınalıqda və rüşvətxorluqda ittiham olunan Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova işindən kənarlaşdırılıb.
Bu barədə Bizim.Media-ya Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat katibi Aysel Tahirova bildirib.
MÖVZU İLƏ BAĞLI:
Abşeron məktəblərində nə BAŞ VERİR? – ŞOK GƏLİŞMƏ
Onun sözlərinə görə Roza Məmmədova direktor vəzifəsindən sentyabrın 15-də azad olunub. Hal-hazırda direktor vəzifəsi məktəbin ingilis dili müəllimi Elşən Qurbanova həvalə edilib.
Xatırladaq ki, Roza Məmmədovanın müavinləri onun qanunsuz əməlləri və məktəb daxilində yaratdığı intriqalara görə Bizim.Media-ya şikayətlənmişdi. Şikayətçilər baş verənlərlə bağlı iyunun 25-də də Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlamışdılar.
Alçina Amilqızı, Bizim.Media