“Qorxudan panik atak keçirdim” – Dayısından gizlin səhnəyə çıxan azərbaycanlı müğənni - VİDEO

Hazırda oxunan: “Qorxudan panik atak keçirdim” – Dayısından gizlin səhnəyə çıxan azərbaycanlı müğənni - VİDEO

37549

ARB TV-nin “Özəl” verilişinin növbəti qonağı ekstravaqant müğənni Nura Suri olub.

Bizim.Media xəbər verir ki, sənətçi bir müddət dayısından gizlin ifaçılıq etdiyini deyib:

“İlk dəfə səhnəyə çıxanda ilk panik atakım o zaman yarandı. İndiyədək insan qarşısına çıxa bilmirəm. Bu problemin səbəbi isə evdən gizlin məşqlərə getməyim olub. Dayım mənim mahnı ifa etməyə getdiyimi bilsəydi qoymazdı. Dayım dəlisov idi, bizim hamımızı kontrolda saxlayırdı”.

Sənətçi eyni zamanda Xalq artisti Faiq Ağayevin ona dəstək olmasından da danışıb:

“İlk dəfə səhnəyə çıxmışdım. İfadan sonra səhnədən çıxdım. Rəngim ağarmışdı, əllərim əsirdi. Faiq Ağayev məni görüb dedi ki, o qızın vəziyyəti yaxşı deyil. Ona su verin. Mənə dedi ki, narahat olma keçəcək. Onda bildim ki, o, çox diqqətli insandır”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin