“Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndi MTV-nin efirində yayımlanan “10-da görüşək” verilişində qonaq olub.
Bizim.Media xəbər verir ki, müğənni verilişdə ona evliliklə bağlı verilən sualları cavablandırarkən özündən böyük biri ilə ailə qurmaq istədiyini deyib.
“Bəzi şeyləri başa düşməyə başlamışam. Hər şey ailə və övladdır. Mənim də yaşım artır, artıq 30 yaşım var. Öz yaşıdımla deyil, məndən yaşca böyük birinə ərə getmək istəyərəm”.
Bizim.Media