"İcra orqanlarında işləyən deputatlar mandatından imtina etməlidir" - Açıqlama

Hazırda oxunan: "İcra orqanlarında işləyən deputatlar mandatından imtina etməlidir" - Açıqlama

36690

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Milli Məclisdə icra hakimiyyətində işləyən bir çox deputatın fəaliyyət göstərdiyi bir vaxtda Əli Əhmədovun deputat mandatından imtina etməsi barədə məsələni şərh edib.

Ədalət funksioneri Avropa.info-ya deyib ki, burada qanuna ikili yanaşma müşahidə edilir. “Necə olur ki, Baş nazirin müavini təyin edilən Əli Əhmədov deputat mandatından imtina edir, lakin icra orqanlarında yüksək vəzifə tutan 20-yə yaxın deputat var ki, belə addım atmır. Bu da onu göstərir ki, parlament seçkilərində bir çox deputatlar Prezident Admistrasiyasında tərtib edilən siyahı əsasında “seçilib”. Onlar müstəqil iradəyə malik deyil və sərbəst addım ata, qərar qəbul edə bilmirlər”,-deyə o bildirib. 

M.Rəhimlinin sözlərinə görə, icra orqanlarında işləyən deputatların mandatdan məhrum edilməsi ilə bağlı Ədalət Partiyası Mərkəzi Seçki Komissiyasının qarşısında bir neçə ay əvvəl məsələ qaldırıb: “Hətta ikinci dəfə müraciətimizə baxmayaraq, MSK bu məsələni müzakirə edərək, həmin deputatların səlahiyyətlərinə son verməyib. Bu da təsdiq edir ki, MSK müstəqil qurum deyil və “yuxarıların” təlimatları əsasında işləyir. 
MSK yaxın günlərdə bizim müraciətimizə cavab verməsə Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına əməl olunmalıdır. Bu deputatlar ya mandatdan məhrum edilməlidir, ya da tutduqları vəzifədən istefa verməlidirlər. 

Təəccüblüsü odur ki, parlament seçkilərinin saxtalaşdırıldığını bəyan edərək yaradılan İctimai Palata bizim müraciətimizə dəstək vermədi. Bu mövqe isə İctimai Palatanın mübarizəsinin səmimiliyinə şübhə yaradır. Başa düşmək olmur ki, onlar nə istəyirlər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin