Azərbaycan Respublikasının Xalq Artisti Ağadadaş Ağayev Türkiyənin İstanbul şəhərində xəstəxanaya müraciət edib.
Bizim.Media xəbər verir ki, müğənni özünün “İnstagram” hesabından bu haqda məlumat verib.
Belə ki, Xalq Artisti hansı səbəbdən xəstəxanaya getdiyini qeyd etməsə də, müayinədən keçdiyini və nəticələrin bir həftə sonra bəlli olacağını paylaşımın açıqlama qismində yazıb.
Bundan əlavə Ağadadaş Ağayev izləyicilərinin dualarına ehtiyacı olduğunu da sözlərinə əlavə edib.
Bizim.Media