Amerikalı reper Tupak Şakur güllələnərək öldürüldüyü zaman içərisində olduğu maşın satışa çıxarılıb.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, qara rəngli “BMW” markalı avtomobildəki silah izləri təmir olunub.Maşının 1,7 milyon dollara satılması nəzərdə tutulub.
Xatırladaq ki, 1996-cı ildə hip-hop sənətçiləri arasında yaşanan münaqişə zamanı sərnişin oturacağında əyləşən reper öldürülüb. Digər reper Saq Nayt sükan arxasında olub, sağ qalıb.
2018-ci ilin iyulunda Tupakın keçmiş qanqster Dueyn Keyt Devisin qardaşı oğlu Orlando Anderson tərəfindən güllələndiyi məlum olub.
Bizim.Media