Müğənni Aygül Səfərova sosial media hesabında canlı yayım açaraq "70 kilosan" deyən izləyiciyə meydan oxuyub.
Bizim.Media xəbər verir ki, canlı yayımda qarnını açan müğənni əzələlərini nümayiş etdirərək əməliyyat yox, idman və sağlam qidalanma ilə əldə etdiyini vurğulayıb.
Şərh yazan evdar xanıma qəzəblənərək "Ərin gələcək, get duşa gir, soğan iyi verirsən" deyən müğənni canlı yayımın irəliləyən dəqiqələrində and içərək bədənində heç bir estetik əməliyyat olmadığını bildirib.
Səmra Xəlilbəyli, Bizim.Media