“Heç bir seriala, filmə çəkilmirəm. Heyif məndən. Bunun axırı necə olacaq bilmirəm. Hərdən özümə deyirəm ki, mən batıb gedirəm. Nə qədər tamaşaçı yazır ki, Naibə xanım, sizin obrazlarınızla böyümüşük. Niyə sizi yenidən efirdə görmürük?”
Bizim.Media xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.
Bir ildən çoxdur pandemiyaya görə teatrların fəaliyyətinin dayandırılması ilə əlaqədar işsiz qalan aktrisa səhnə üçün darıxdığını deyib.
N.Allahverdiyeva hazırda lentə alınan serialları tənqid edib:
“Bizim vaxtımızda universitetdə oxuyanda filmə, seriala çəkilmək olmazdı. Deyirdilər, bu sənətin sirlərini öyrənin sonra. İndikilər universiteti bitirən kimi seriala qaçırlar. Gənc aktyorlar bədbəxtdirlər. Çünki indi peşəkar rejissor yoxdur. Rejissor ədəbiyyatı bilməlidir. Sonra oturub serial, film çəkməlidir. Özü bir şey bilməyən rejissor bu aktyor və aktrisaya nə öyrədəcək? Ədəbi dilimiz seriallarda bərbad hala salınır. Buna niyə nəzarət edilmir?
İrad tutanda deyilir, səmimilik yaradırıq. Filmin, efirin öz dili var. Məişət dili efirdə olmaz.
İkinci bəla isə odur ki, qardaş, sevgili, dost seriala çəkilir. Sənətin qardaşı, dostu, sevgilisi olmur. Bizim sənət biabırçılıqdır, bəsitləşib, adiləşib. Çox ucuzlaşdırdılar bu sənəti. Biz və bizdən əvvəl olan nəsil teatrı çiynimizdə bu dövrə gətirdik. Amma indi gələcəyi yoxdur”.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:52 / 24.08.2021
Naibə Allahverdiyeva gənc aktyorlara səsləndi: “Bədbəxtsiniz”
Hazırda oxunan: Naibə Allahverdiyeva gənc aktyorlara səsləndi: “Bədbəxtsiniz”
Hazırda oxunan: Naibə Allahverdiyeva gənc aktyorlara səsləndi: “Bədbəxtsiniz”
34021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.