“Şiş əmələ gəldi, çəkim 36-ya düşdü" - Səmra xəstəliyindən danışdı 

Hazırda oxunan: “Şiş əmələ gəldi, çəkim 36-ya düşdü" - Səmra xəstəliyindən danışdı 

33434

"Sindrom Kilina (nevroz anoreksia tiroid) xəstəliyi keçirdim. Bu xəstəliyin ilk başlanğıcı iştahsızlıqla başlayır. Buna səbəb isə böyük travmalar və dietadır. Məndə hər ikisi - həm işimlə bağlı, həm də aldığım travmalar var idi.  

Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış model Səmra Hüseynova xəstəliyi haqda danışarkən deyib. 

“Bu xəstəlik periodik ortaya çıxan aqressiya ilə gəlir. Ac qalırsan, seretonin düşür. Bütün vitaminlər, eləcə də D vitamin çatışmazlığı yaranır. D vitaminin düşməsi depressiya əmələ gətirir. "TSH tiroid" hormonu düşür". 

O, xəstəlikdən sağalmaq üçün sevgi, qayğı lazım olduğunu bildirib: 

"Boğazımda böyük şiş əmələ gəldi, çəkim 36-ya düşdü. Mən gəzə bilmərdim. Həkimlər çarə axtarırdı. Qanımda hədsiz leykositlər, onkologiya şübhəsi və ürəydə kiçilmə, ərimə oldu. Su içə bilmirdim, boğazımdakı şiş udqunmağa mane olurdu. Yemək yeyə bilməmək, ishallar, öyümələr oldu.  

Səmra xəstəliyə sevgi ilə qalib gəldiyini deyib: 

“Sonra biri gəldi, sevgilə bəslədi, yemək gətirirdi, töküb dağıdırdım. Qınamayın, aqressiya, nevroz səbəbindən beyinsəl davranırdım, özümdə deyildim. Güc istəyirdim, qalxmaq istəyirdim. 2 ay yataqdan hərəkətsiz qaldım”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin