Səxavət Nurdan EKSKLÜZİV AÇIQLAMA: “Bakıya gəlirəm və...”

Hazırda oxunan: Səxavət Nurdan EKSKLÜZİV AÇIQLAMA: “Bakıya gəlirəm və...”

0:00
0:00
32680

Dünən azərbaycanlı teleaparıcı Səxavət Nurun Amerikada həmcinsi ilə evlənməsi barədə internet resurslarında xəbərlər yayılmışdı. Bu məlumatın yaranmasına səbəb isə aparıcının sosial şəbəkə hesabında amerikalı kişi ilə paylaşdığı foto olub. 

Bizim.Media məsələ ilə bağlı Səxavət Nurla əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı məşhur aparıcı həmcinsilə evləndi - FOTO


O, bu xəbərlərə görə dərin təəssüf hissi keçirdiyini və gələn həftə Bakıya gələcəyini bildirdi:

"Yalan və böhtandır. Kimsə paylaşdığım şəkli istədiyi kimi reytinq xatirinə xəbər edib. Tezliklə Bakıda olacam və xəbəri paylaşan orqanlarla hüquqi müstəvidə danışacam”.

O, bu xəbəri verən saytları, həmçinin təhqir dolu şərhlər yazan oxucuları səviyyəsiz adlandırdı:

"O səviyyəsiz saytların və səhifələrin oxucuları da elə özlərinin taylarıdır. Öz sənətinə hörmət edən heç bir jurnalist araşdırmadan, soruşmadan belə uydurma paylaşmaz. İnsanları öz ölkəsindən iyrəndirməsinlər, qaçırtmasınlar”.

Aparıcı onu da qeyd etdi ki, 44 günlük Şanlı Vətən müharibəsi zamanı sosial şəbəkələrdə haqq səsimizi dünyaya çatdırmağa çalışan zaman heç ermənilərin göstərdiyi təzyiqdən bu dərəcə zərbə almayıb:


"Keçən il müharibə dövründə sosial mediada ermənilərlə mübarizə aparanda onlar mənə belə zərbə vurmadılar. Bunu yazanlar ermənidən də şərəfsiz və ləyaqətsizdir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin