"Səməd Səmədov xırıltıyla mənə dedi ki..." – Sevda Əliqızı

Hazırda oxunan: "Səməd Səmədov xırıltıyla mənə dedi ki..." – Sevda Əliqızı

0:00
0:00
29861

"Mənim üçün bu xəbəri eşitmək çox ağırdır. Hələ də inanmıram".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı Xalq artisti Səməd Səmədovla bağlı paylaşımında yazıb. 

Sənətçi duet ortağı, ötən gün dünyasını dəyişən ifaçı haqda fikirlərini bölüşüb:

"Bir gün əvvəl telefonla danışıb səhhətini soruşdum. Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam. Dedim, özünü ələ al, sağalacaqsan. Amma inanmazdım ki, Səmədi belə tez itirərik. Məkanın cənnət olsun, Səməd. Səni unutmayacağıq".

Qeyd edək ki, S.Səmədov ötən gün yerləşdirildiyi xəstəxanada vəfat edib. 74 yaşlı sənətçi koronavirusa yoluxmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin