"Çətindir, istəmirəm balalarım onu yaşasın" - Elton

Hazırda oxunan: "Çətindir, istəmirəm balalarım onu yaşasın" - Elton

29557

"Əgər qızım oxusa, yardım edəcəm. Amma onun bəstəkar olmasını istəyirəm. Uşaq arzuladığı iş arxasınca getməlidir. Qızımın klassik musiqi ifaçısı olmasını istəyirəm. Xaricdə Azərbaycan klassik musiqisini təmsil etsin, müsabiqələrə qatılsın.

Toylara getməyini istəmirəm. Toy yolu keçmişəm, gedirsən məşəqqətlə pul qazanırsan. Çətindir. İstəmirəm balalarım onu yaşasın. Onların korluq çəkməsini istəmirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "Söhbət musiqidən gedir" proqramında deyib.

Sənətçi qızlarının müğənni olmasını istəsə də, onların toylara getməyinə etiraz edəcəyini söyləyib:

"Müəyyən şeylərdə onlara etiraz edirəm. Tərbiyə önəmlidir. Ürəkləri istəyəni edirəm, amma qədərində. Ərköyün etmək olmaz. Allah istədiyim hər şeyi verib.

Əsas odur ki, bu yolu düzgün gedəsən. Özümə söz vermişəm ki, 50 yaşımdan sonra oxumayacam. O vaxta qədər oxumağı bitirəcəm. İstəmirəm toylara gedim. Hər aşiqin öz dövranı var. Gəlişini bilmirsən, amma gedişi qərar verirsən".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin