“Qurban kəsir, əti qonşuya verir, çəkib paylaşır, ayıbdır” - Niyam Salami

Hazırda oxunan: “Qurban kəsir, əti qonşuya verir, çəkib paylaşır, ayıbdır” - Niyam Salami

29323

"Dərdim var, danışmalıyam. İllərlə əsrlərlə hər şeyə qatqılar qatılıb. İnsanlara elə formada çatdırılır ki... Dindən anlayışım yoxdur, amma bunu deməliyəm. Qoyun, dəvə kəsmək olar. Amma məcburiyyətində olan insan üçün kəsə bilərsən. Elə yerdə olarsan ki, yeməyin olmaz. O insan ki, çoxdandır ət yemirsə, qurban ona halaldır".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "10-da görüşək" verilişində deyib. Sənətçi Qurban bayramında qurbanlıq kəsməyin əleyhinə olduğunu bildirib:

"Sən qoçun başına yaylıq bağlayıb, bant qoyursan... Bu ifrat dərəcəsinə gətirilib. 150 manat qoyuna verirsən. Bunun da alveri başlayıb.

Qoyunu Allah yolunda etməlisiz. Gözləyirlər ki, bayram gəlsin 200 manata qoyun satsınlar. Kimi də qurban kəsir, əti qonşuya verib çəkib paylaşır. Ayıbdır. Hər şeyi reklam etmək olmaz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin