"İki il öncə Nəsiminin qəzəlinə mahnı oxuyanda mənə replika atan sənət dostlarımdan biri də Roza Zərgərli idi".
Bizim.Media xəbər verir ki, bu sözləri İnstagram hesabında müğənni Afət Fərmanqızı deyib.
"Bir video çəkib paylaşmışdı. Həmin kadrı yenidən yayırlar. Mən də bu məsələyə aydınlıq gətirirəm. Çünki hamıya bir-bir cavab yaza bilmirəm. Orada Roza xanım mənə "Həşərat" demişdi. Mən də həmin dəqiqə onun bir kişi ilə fotosunu paylaşdım. Yazdım ki, "Bakı vaxtilə" efirdədir. Geniş cavab verməyə zamanım olmadı. Biz bir il küsülü qaldıq. İndi isə dostuq. O köhnə videodur. Səhifəmdə əvvəlki illərə baxsaz, görərsiz ki, o şəkil də, altında yazılanlar da var. Heç vaxt kiməsə söz atmıram. Mənə söz atılanda cavabını verirəm"”, deyə o, qeyd edib.
Bizim.Media