Müğənni Zamiq Hüseynov Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Zamiq ötən gün aktyorla bir yerdə olduqlarını yazıb:
“Dünən bir yerdə toyda idik… Qucaqlaş, öp, bağrıva bas, rəqs et, sən demə sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost… Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülərüz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum”.
Qeyd edək ki, Cabir İmanov bu gün idman zalında qəfil infarkt keçirərək həyatını itirib. Onun 49 yaşı var idi.
Sara, Bizim.Media