Üçüncü dəfə ana olan Rihannadan körpəsi ilə PAYLAŞIM - FOTO

Hazırda oxunan: Üçüncü dəfə ana olan Rihannadan körpəsi ilə PAYLAŞIM - FOTO

272554

Rihanna və Rakim Mayers üçüncü övladlarını dünyaya gətirib. Cütlük qızlarına Rocki Irish Mayers adını verib. 

Bizim.Media xəbər verir ki, Rihanna ilk dəfə körpə qızının qucağında olan fotosunu sosial şəbəkədə paylaşaraq şad xəbəri açıqlayıb.

Çəhrayı paltar geyinmiş körpənin anasının üz cizgilərinə bənzədiyi təsvir edilərək, "O, anasının kopyasıdır" kimi şərhlər alıb.
 

Uzun müddətdir hamiləlik dövrünü hər kəsin gözü qarşısında yaşayan ulduz paylaşdığı fotoya balaca çəhrayı boks əlcəkləri də əlavə edib.


Rihannanın paylaşımı sosial mediada rekord qıraraq, cəmi iki saat ərzində 5 milyondan çox bəyənmə toplayıb. Dünyaca məşhur ulduzun pərəstişkarları balaca Rockiyə təbrik mesajları yağdırıblar.




Elcan Bəşirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin