"İndiki zamanda göydə Allah, yerdə puldur"

Hazırda oxunan: "İndiki zamanda göydə Allah, yerdə puldur"

272478

"Pul əl çirki deyil. Versinlər, mənim əllərim çirklənsin. Pul adamın ad-sanı, şan-şöhrətidir. Deyir, pulun olmasa, uşaq getməz məktəbə, pulun olsa, tikərsən beşmərtəbə. İndiki zamanda göydə Allah, yerdə puldur".

Bizim.Mdia xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə bax" verilişində deyib.

O, həyatda pulun önəmindən söz açıb:
 

"Bir də insanlıq. İnsanlığı da Allah hər adama vermir. İstəyirəm ki, insanın həm pulu olsun, həm insanlığı, başını itirməsin, yolunu azmasın. Allah çox verib azdırmasın, az da verib möhtac etməsin.


Adam var ki, pulu olan kimi gözü ayağının altını görmür. Amma fikirləşmir ki, fani həyatdır. Heç kim bu dünyada qalmayıb. Heç nə aparmırsan. Gərək insan kimi yaşayasan, qudurmayasan". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin