Müğənni Nigar Camalı qəza keçirdiyi zaman hadisə yerini tərk etməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Nigar Camal hadisənin detalları barədə danışıb.
MÖVZU İLƏ BAĞLI:
Nigar Camal qəza törədib hadisə yerindən qaçdı - TƏFƏRRÜAT
"Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirdim, lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb. Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbiniz soyuyanda danışarıq. Qəza baş verən yerdə hər yer kameradır. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkə-çəkə qaçam. Şükür ki, hər şey yolundadır. Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu keçdi. Bunu şişirtməyin yeri yoxdur. Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun. Hər hansı bir xəbəri mətbuat katibimlə dəqiqləşdirmək elə də çətin iş deyil".
Qeyd edək ki, mətbuatda Nigar Camalın avtomobil qəzası keçirdiyi və hadisə yerindən qaçması haqqında xəbər yayılıb.
Bizim.Media