Müğənni Şəbnəm Tovuzlu efirdə doğma atası ilə bağlı şok açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan Şəbnəm atasından danışarkən əsəbiləşib. İfaçı deyib ki, heç vaxt onu bağışlamayacaq:
“Doğma atamla normal danışmıram, mənə vacib deyil. Sadəcə salam-sağol edirəm. Çox haqsızlıqlar olub, təkcə anama heyfim gəlir. Atamı bağışlamıram, axirətdə də bağışlamayacağam. Bibimi, bacımı, bibim qızını, əmilərimi, hamısını çox istəyirəm. Atamı isə heç vaxt bağışlamayacağam. Atam var, o da Ələddin kişidir. Uşaqlığım çox gözəl keçib, məni gözəl ailə, xalam böyüdüb. Böyük nəsildə, ziyalı insanların içində böyümüşəm. O tərəfdə mənə maraqlı heç kim yoxdur. Mən də onlara maraqlı deyiləm. Olmayım da. Ehtiyacım da yoxdur.
Bütün efirlərə özümlə bağlı qadağa qoyuram. Bu mövzuda mənə sual verilməsin, danışılmasın. Mən anasız yaşamışam. Bunu mənə etməyin”.
Bundan sonra Şəbnəm ağlayaraq bu mövzuda danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Şəbnəmin anası vəfat etdikdən sonra onu xalası və xalasının həyat yoldaşı böyüdüb.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:53 / 23.09.2025
Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO
Hazırda oxunan: Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO
Hazırda oxunan: Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO
271973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.