Aytən Səfərova: “Oğlanlar buna görə ailə qurmağa qız tapa bilmirlər” - VİDEO

Hazırda oxunan: Aytən Səfərova: “Oğlanlar buna görə ailə qurmağa qız tapa bilmirlər” - VİDEO

271863

Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Aytən aparıcısı olduğu “Xəbər ertəsi” verilişində gənclərin ailə qura bilməmə səbəblərindən danışıb.

O deyib ki, buna bəzən valideynlər mane olur: “Oğlanlar yazırlar ki, yaxşı qız tapılmır, qızlar isə yazırlar ki, yaxşı oğlan tapılmır. Yaxşı qızlarımız da, oğlanlarımız da var. Maraqlıdır, axtarışlar harada gedir?

Bir çox oğlanlar ona görə qız tapa bilmirlər ki, anaları “burun büzürlər”, deyirlər, “bunu bəyənirsən?” “Bizə gəlin bu olacaq?” Belə deyə-deyə baxırsan ki, oğlan baba yaşına çatır. Ona görə seçim şansını övladın özünə vermək lazımdır. Bəzən baxırsan ki, elə bil gəlini bütün ailə üçün gətirirlər, bütün ailə qızla evlənir”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin