Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Hazırda oxunan: Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

271607

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi sevgilisi China Suarezin 3 övladı – Rufina, Maqnolia və Amansionun İstanbulda nüfuzlu bir özəl məktəbdə təhsil alması üçün yüksək məbləğdə illik ödəniş edib.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşaqlar hazırda İstanbulda beynəlxalq özəl məktəbdə oxuyurlar.
 

Bu məktəb Türkiyədə xarici vətəndaşların övladları arasında ən populyar və prestijli təhsil ocaqlarından biri hesab olunur. Məktəbin illik təhsil haqqı şagirdin sinfinə görə (məktəbəqədər, ibtidai, orta və yuxarı siniflər) 18 min 150 ABŞ dollarından 49 min 50 ABŞ dollarına qədər dəyişir.


Təhsil ocağı İstanbulun Avropa tərəfində, şəhərin kənar bölgələrinə yaxın bir ərazidə yerləşir.

Bəzi media qurumları Suarezin övladlarının Türkiyədə məktəbə başladığını "Instagram" hesabında paylaşmasına baxmayaraq, uşaqların atası Benjamin Vicunanın bu barədə əvvəlcədən məlumatlandırılmadığını iddia edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin