Məşhur türk müğənni Mabel Matizlə bağlı cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi müğənni barəsində Türk Cinayət Məcəlləsinin 226-cı maddəsi əsasında İstanbul Cümhuriyyət Baş Prokurorluğuna rəsmi şəkildə cinayət şikayəti təqdim edib.
226-cı maddənin məzmunu bildirilir ki, ədəbsiz görüntü, yazı və ya sözləri mətbuat yolu ilə yayan və ya yayılmasına vasitəçilik edən şəxs altı aydan üç ilədək azadlıqdan məhrumetmə və beş min günə qədər inzibati pul cəzası ilə cəzalandırılır.
Şikayətin səbəbi isə Mabelin "Perperişan" adlı mahnısında yer alan bəzi ifadələrin ədəbsiz hesab olunmasıdır.
Mahnıya daha əvvəl Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti ilə giriş məhdudiyyəti qoyulub.
Sara, Bizim.Media