“Nikosayağı”dan TƏSİRLİ PAYLAŞIM: “Dost gedib özümə gələ bilmirəm” - VİDEO

Hazırda oxunan: “Nikosayağı”dan TƏSİRLİ PAYLAŞIM: “Dost gedib özümə gələ bilmirəm” - VİDEO

270793

İki il öncə ağır qəzaya düşən bloger Nicat Şakirli (Nikosayağı) uzun zaman sonra yeni paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, instaqramda “Əziz dostum” mahnısını paylaşıb.

Nicatın “Dost gedib özümə gələ bilmirəm” kimi ifadələrin yer aldığı mahnının qəzada həlak olan dostu Ruslana ithaf etdiyi düşünülüb.

Qeyd edək ki, 2023-cü ilin avqustunda N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin