Subay idi deyə 12 milyardlıq sərvəti - Onlara qalacaq

Hazırda oxunan: Subay idi deyə 12 milyardlıq sərvəti - Onlara qalacaq

268868

Məlum olduğu kimi, dünyaca məşhur italiyalı modelyer Corco Armani dünən 91 yaşında dünyasını dəyişib. Onun dəfn ediləcəyi gün, yəni sentyabrın 8-i Milanda matəm günü elan edilib.

Bizim.Media “Newsweek” portalına istinadən xəbər verir ki, hazırda dünya ictimaiyyətini “Armani” şirkətinin təsisçisinin 12,1 milyard dollar həcmində olan sərvətinin kimə nəsib olacağı düşündürür.

Bildirilib ki, C.Armani həyatı boyu ailə həyatı qurmayıb və övladları yoxdur. 

İlkin ehtimallara görə, əsas varislər modelyerin bacısı Rosanna, onun övladları Silvana və Roberta, eləcə də Armaninin qardaşı Sercionun oğlu Andrea Armanidir. 
 

Bununla yanaşı, mümkün varislər arasında modelyerin uzun müddətdir birgə işlədiyi və “sağ əli” hesab olunan Pantaelo Dell'Orconun da adı çəkilir. Dell'Orco Armani ilə 40 ildən çox birgə çalışıb.


Qeyd edək ki, “Giorgio Armani” brendinin, “Emporio Armani” və “A|X Exchange”in daxil olduğu “The Armani Group” 2024-cü ildə 2,3 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin