Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO

Hazırda oxunan: Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO

268791

Üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının cəzaçəkmə müəssisəsindən növbəti görüntüsü yayılıb.

Bizim.Media xəbər verir ki, meyxanaçı Baləli 11 saylı cəzaçəkmə müəssisəninə həmkarını ziyarətə gedib. Foto orada lentə alınıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən (Cəzaların İcrası Məcəlləsi 84.1) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər. (Manset.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin