Xanım Qafarovanın qızı “Anama dedim ki, yolunu davam etdirəcəyəm” - VİDEO

Hazırda oxunan: Xanım Qafarovanın qızı “Anama dedim ki, yolunu davam etdirəcəyəm” - VİDEO

268758

Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər uzun zaman sonra ilk dəfə efirə çıxıb.

Bizim.Media xəbər verir ki, Universitetə daxil olan Gövhər “Günorta efirdəyik” verilişində qonaq olub.

Sənətçinin övladı bu yaxınlarda ard-arda iki itki yaşadığını da bildirib:
 

“Qəbir üstünə getdim, anamla danışdım. Dedim ki, arzuma çatdım, sənin yolunu davam etdirəcəyəm. Əminəm ki, ruhu şaddır. Ən böyük arzusu Ali Məktəbə daxil olmağım idi. Üç ay ərzində həm nənəmi, həm xalamı itirdim. İndi xalam qızı ilə yaşayıram”.


Qeyd edək ki, X. Qafarova xərçəngdən dünyasını dəyişib.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin